Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO

Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO

Hazırda oxunan: Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO
172069
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb olunan və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri, eləcə də odlu silah-sursatı respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təmin edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO - foto 1
Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO - foto 2
Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO - foto 3
Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO - foto 4
Ağdaşda narkokuryerdən “Kalaşnikov” avtomatı götürülüb - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO