Yasamalda ƏMƏLİYYAT – “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI – FOTO 

Yasamalda ƏMƏLİYYAT – “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI – FOTO 

Hazırda oxunan: Yasamalda ƏMƏLİYYAT – “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI – FOTO 
167092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb. 

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. 
Araşdırma zamanı izahatı alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Yasamalda ƏMƏLİYYAT – “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI – FOTO  - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO