Bakıda avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olundu

Bakıda avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olundu

Hazırda oxunan: Bakıda avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olundu

155912

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi, daşıma imkanlarının artırılması istiqamətində paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirib.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, “28 May” metro stansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.

Analoji tədbirlər “Koroğlu” metro stansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb.

Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Ötən gün Bakı şəhərində müntəzəm avtobus marşrutlarına 2 011 ədəd nəqliyyat vasitəsi çıxarılıb.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO