Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI 

Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI 

152077

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. 

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 704 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. 

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 24-ü günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq. 

Rezidenturaya qəbul olanlar avqustun 28-dən sentyabrın 6-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır.

Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar. 

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO