Bakı metrosunun bu stansiyası gücləndirilmiş iş rejiminə KEÇİR  

Bakı metrosunun bu stansiyası gücləndirilmiş iş rejiminə KEÇİR  

Hazırda oxunan: Bakı metrosunun bu stansiyası gücləndirilmiş iş rejiminə KEÇİR  

149119

Bu gün “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb. 

Bildirilib ki, stansiyadan stadiona yollanacaq sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq.

Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO