Bəhram Bağırzadə:

Bəhram Bağırzadə: "Manana aktrisa deyil, müğənnilik etsə yaxşıdır"

Hazırda oxunan: Bəhram Bağırzadə: "Manana aktrisa deyil, müğənnilik etsə yaxşıdır"
123067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Nizami Kino Mərkəzində Gürcüstanın “K Production”x9d kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş “Robinzon və 9 Cümə”x9d bədii filmi ilə bağlı mətbuat konfransı keçirilib.
 
Konfransda Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin gürcü yaradıcı heyəti iştirak edib. 

Mətbuat nümayəndələrini salamlayan rejissor Georgiy Kikaleişvili ekran işindən söhbət açıb:
“Bakıda olduğumuz üçün şadıq. Azərbaycanlılarla birlikdə ərsəyə gətirdiyimiz filmin bu qədər maraqlı alınacağına inanmırdıq. Komediya janrında olan ekran işində dəyərli sənət adamları rol alıb. Gürcüstanda  nümayiş olunan “Robinzon və 9 cümə”x9d bəyənildi. İnanırıq ki, Azərbaycanda da  ekran işi gözəl təsürat yaradacaq”x9d.

Filmdə rol alan aktyor-müğənni İrakli Pircxalava qeyd edib ki, çəkilişlər maraqlı keçib.

Konfransdan sonra ekran işinin təqdimat mərasimi baş tutub.  Əməkdar artist Bəhram Bağırzadə yer aldığı “Robinzon və 9 cümə”x9d filmini izləmədiyini bildirib: "Tamaşaçıları bu maraqlı filmə görə təbrik edirəm, onlar zövqlərinə uyğun ekran işi izləyəcəklər. Ölkələr arasında  çəkişmələr yaşandığı dövrdə gürcü və azərbaycanlılar birgə film çəkib. Bu çox gözəl hadisədir. Çəkilişlər maraqlı keçdi. Məni ekran işinə  dəvət etdikləri üçün filmin heyətinə təşəkkür edirəm. Hələ ki, ekran işini izləməmişəm. Mənimlə birlikdə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu və Manana da rol alıb”x9d.
 
Aktyor Manananın aktrisalıq qabiliyyətindən də danışıb: “Manana aktrisa deyil, o oxusa, daha yaxşıdır. Mən də KVN-çiyəm. Mən də KVN komandasında yer alsam, yerinə düşər”x9d.
 
Manana “Robinzon və 9 cümə”x9ddə  rol aldığı üçün xoşbəxt olduğunu qeyd edib: “Gürcü və azərbaycanlı sənətkarlara təşəkkür edirəm ki, bu filmdə bir araya gəlib. Aktrisalığım haqda heç nə deyə bilmərəm. Rejissorlar mənim yer aldığım hissəni bir dəfəyə çəkirdilər. Xoşbəxtəm ki, bu cür işdə yer almışam”x9d.
 
Qeyd edək ki, Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze və başqalarının rol aldığı ekran işinin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir. (musavat.com)





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO