İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi – FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.
Bizim.Media xəbər verir ki, qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.
Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx ...