Türkiyənin ATV kanalında yayımlanan A.B.İ. serialı ilə bağlı final şayiələri yayılıb.
Bizim.Media xəbər verir ki, serialı yaxından izləyən tamaşaçılar "A.B.İ. final bölümü ilə efirə çıxırmı?" və "A.B.İ. bitirmi?" suallarına cavab axtararkən, şounun yekunlaşma səbəbləri ilə bağlı məlumatlar da maraq doğurur.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, "OGM Pictures" tərəfindən istehsal olunan serial ikinci mövsümünün beşinci bölümü ilə tamaşaçılarla vidalaşacaq.
Beləliklə, serialın yeni mövsümü uzun müddət davam etmədən yekunlaşacaq. Final qərarı xüsusilə ona görə diqqət çəkib ki, layihədə Kenan İmirzalıoğlu və Bergüzar Korel kimi iki böyük aktyor rol alıb.
A.B.İ. serialının bitirilməsi qərarının əsas səbəbi kimi aşağı reytinq göstəriciləri göstərilir. Bildirilir ki, serialın yayımının dayandırılması barədə qərar sentyabrın 22-si axşam saatlarında reytinq nəticələri açıqlandıqdan sonra qəbul edilib.
Bununla belə, nə ATV, nə də istehsalçı şirkət final qərarı ilə bağlı hələlik rəsmi açıqlama verib. Buna görə də, serialın yekunlaşma səbəbi ilə bağlı məlumatlar yalnız mətbuatda yayımlanan xəbərlərlə məhdudlaşır.
A.B.İ. serialının ən diqqətçəkən məqamlarından biri Kenan İmirzalıoğlu və Bergüzar Korelin uzun illərdən sonra yenidən eyni layihədə rol almaları idi. Bu iki aktyor daha əvvəl Karadayı serialında baş rolları bölüşmüşdülər. Onları yenidən bir araya gətirən A.B.İ. serialında Kenan İmirzalıoğlu "Doğan" obrazını canlandırır, Bergüzar Korel isə Doğanın keçmişdə tanış olduğu "Leyla" obrazı ilə çıxış edir.
Aktyorların 11 illik fasilədən sonra eyni layihədə yenidən bir araya gəlməsi serialın təbliğat kampaniyası zamanı əsas vurğulanan məqamlardan biri olmuşdu.
A.B.İ. serialının yayım cədvəlindən çıxarılmasından sonra ATV-də yaranan boşluğun yeni bir serialla doldurulması gözlənilir. Şayiələrə görə, baş rollarını Oktay Kaynarca, Caner Cindoruk və Fahriye Evcenin paylaşdığı "Hamal" serialının məhz bu vaxt aralığında yayımlanması nəzərdə tutulur. Yayım cədvəli dəqiqləşdikdən sonra bu dəyişikliyin təsdiqlənəcəyi gözlənilir.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:13 / 24.09.2026
A.B.İ. serialı niyə yekunlaşır? – FOTO
Hazırda oxunan: A.B.İ. serialı niyə yekunlaşır? – FOTO
Hazırda oxunan: A.B.İ. serialı niyə yekunlaşır? – FOTO
638435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































