Hindistanda meymunlar daha bir nəfərin ölümünə səbəb oldu - VİDEO

Hindistanda meymunlar daha bir nəfərin ölümünə səbəb oldu - VİDEO

Hazırda oxunan: Hindistanda meymunlar daha bir nəfərin ölümünə səbəb oldu - VİDEO

638363

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın evinin yaxınlığında meymunun hücumuna məruz qaldıqdan sonra vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
 

Təhlükəsizlik kamerası Nəcəmunnisə Bəyim adlı qadının səs eşidərək həyətə çıxdığı anı qeydə alıb. Görüntülərdə qadının evin küncünə boylandığı, dərhal sonra isə orada bir meymunun peyda olduğu görünür. Heyvan təqaüdçünün üzərinə tullanaraq onu pəncələri ilə vurub, nəticədə qadın arxası üstə yıxılaraq başını yerə çırpıb.


Bir neçə saniyə sonra zərərçəkmiş şəxsin qızı evdən çıxıb. Meymun yenidən onların tərəfinə atılsa da, daha sonra hasarın üzərinə tullanaraq qaçıb.

Təqaüdçü baş nahiyəsindən aldığı xəsarətlə özəl xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti əvvəl yaxşılaşsa da, sonradan qəfil pisləşib. Qadın növbəti gün dünyasını dəyişib.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO