Hərbçilərə ŞAD XƏBƏR - Maaş və pensiyalar artırılır – FOTO

Hərbçilərə ŞAD XƏBƏR - Maaş və pensiyalar artırılır – FOTO

Hazırda oxunan: Hərbçilərə ŞAD XƏBƏR - Maaş və pensiyalar artırılır – FOTO
638444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Azərbaycan Ordusunun maaş və pensiyalarının qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür:

“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq.

Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır. Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”.

Hərbçilərə ŞAD XƏBƏR - Maaş və pensiyalar artırılır – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO