Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ - Sənəd qəbulu başladı

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ - Sənəd qəbulu başladı

Hazırda oxunan: Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ - Sənəd qəbulu başladı
638429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu bu gün başlayır.

Bu barədə Bizim.Media-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, bu il Həcc ziyarətinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tələb olunan sənədlər bunlardır:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Vüsal Cahangiri qeyd edib ki, Həcc və Ümrə nazirliyinin tələblərinə görə sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ilkindən daha tez həyata keçirilməlidir.

"Buna görə, Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmadan qeydiyyata alınsınlar".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO