Ərdoğan Zelenski ilə görüşdə Qara dənizdəki ticarət gəmilərinə hücumu pislədi

Ərdoğan Zelenski ilə görüşdə Qara dənizdəki ticarət gəmilərinə hücumu pislədi

Hazırda oxunan: Ərdoğan Zelenski ilə görüşdə Qara dənizdəki ticarət gəmilərinə hücumu pislədi

638493

Rusiya və Ukraynanın Qara dənizdəki ticarət gəmilərinə hücumları izaholunmazdır və bu hücumların dayandırılması üçün tədbirlər görülməlidir.

Bizim.Media xəbər verir ki, bunu Nyu-York şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə bildirib.

Türkiyə Prezident Aparatının yaydığı bəyanata əsasən, görüş zamanı Ərdoğan qeyd edib ki, Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı sülhlə başa çatması üçün əlindən gələni etməyə hazırdır:
 

“Biz birbaşa danışıqların bərpası istiqamətində səylərimizi davam etdirəcəyik”.


Ərdoğan vurğulayıb ki, Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməlidir:
 

“Bu hücumlar izaholunmazdır və tərəflərdən məsuliyyətli davranış gözləyirik".


Türkiyə lideri Ukrayna və Rusiyaya hücumların dayandırılması ilə bağlı təkliflər göndərildiyini açıqlayıb.

Xatırladaq ki, həmin hücumların bəziləri Türkiyə şirkətlərinə məxsus gəmilərə qarşı yönəlib və bu zaman Türkiyə və digər ölkə vətəndaşları həyatlarını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO