668 nəfər peşəkar mühasib sertifikatı almaq üçün imtahan verəcək

668 nəfər peşəkar mühasib sertifikatı almaq üçün imtahan verəcək

Hazırda oxunan: 668 nəfər peşəkar mühasib sertifikatı almaq üçün imtahan verəcək

638446

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 27-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda iştirak etmək üçün 668 (KOSS - 69, MHBS - 416, İSMUBS - 183) nəfər müraciət edib.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə kompüter vasitəsilə təşkil olunacaq.

İmtahan saat 10:00 və 16:00-da başlayacaq. Namizədlər müvafiq olaraq saat 09:45 və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar. İmtahanın müddəti 3 saatdır. Namizədlərə 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si isə 10 balla qiymətləndiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytında “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər. İmtahanın demo versiyası ilə də DİM-in internet saytından tanış olmaq mümkündür.

Namizədlər imtahan günü şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.

İmtahan binasına mobil telefon, ağıllı saat, digər rabitə vasitələri və elektron cihazlar, kalkulyator, konspekt, lüğət, cədvəl, çanta və digər yardımçı vasitələrin gətirilməsi və istifadəsi qadağandır.

İmtahanın keçirilməsinə 6 zal admini, 42 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO