UEFA Millətlər Liqasında start: İlk gündə 8 qarşılaşma

UEFA Millətlər Liqasında start: İlk gündə 8 qarşılaşma

Hazırda oxunan: UEFA Millətlər Liqasında start: İlk gündə 8 qarşılaşma

638424

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə səkkiz matç keçiriləcək.

A liqasının II qrupunda Niderland və Almaniya, həmçinin Serbiya və Yunanıstan yığmaları arasında gərgin mübarizə izləniləcək. Eyni liqanın IV qrupunda isə Norveç Danimarka ilə, Portuqaliya isə Uelslə qüvvəsini sınayacaq.

B liqasının III qrupunda Avstriya İsraillə, Kosovo isə İrlandiya millisi ilə yaşıl meydanda üz-üzə gələcək.

D liqasında da azarkeşləri iki qarşılaşma gözləyir. I qrupda Andorra Malta ilə münasibətlərinə aydınlıq gətirəcəyi halda, II qrupda Azərbaycan millisinin qrupdakı rəqibləri olan Lixtenşteyn və Litva yığmaları xal mübarizəsinə çıxacaqlar.

UEFA Millətlər Liqası

24 sentyabr

A liqası, II qrup

22:45 Niderland - Almaniya;

22:45 Serbiya - Yunanıstan.

A liqası, IV qrup

22:45 Norveç - Danimarka;

22:45 Portuqaliya - Uels.

B liqası, III qrup

22:45 Avstriya - İsrail;

22:45 Kosovo - İrlandiya.

D liqası, I qrup

20:00 Andorra - Malta.

D liqası, II qrup

22:45 Lixtenşteyn - Litva.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO