Ukrayna yüzlərlə raketi digər ölkə liderlərindən birbaşa olaraq, hər dəfə bir və ya iki ədəd əldə etməklə toplayır.
Bizim.Media xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Nyu-Yorkda keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Ukraynaya raketlərin verilməsi ilə bağlı qərarı yalnız həmin ölkənin prezidenti verir, başqa heç kim.
"Hər dəfə iki ədəd. Hər dəfə bir ədəd... Söhbət yüzlərlə və ya minlərlə raketdən getmir. Biz yüzlərlə raketi ordan-burdan bir və ya iki ədəd toplamaqla əldə edirik. Bu, çox çətin işdir”, deyə o izah edib.
Zelenski əlavə edib ki, daha genişmiqyaslı tədarükləri həyata keçirə bilən yeganə ölkə ABŞ-dır.
"Mən Prezident Trampdan xahiş edirəm ki, ciddi çatışmazlığa və Yaxın Şərqdəki müharibə səbəbindən hər kəsin ehtiyatlarının azalmasına baxmayaraq, bizə qarşı anlayış göstərsin", — deyə prezident əlavə edib.
Xatırladaq ki, Ukrayna hava hücumundan müdafiə və F-16 qırıcıları üçün nəzərdə tutulan raketlərin kəskin çatışmazlığı ilə üzləşib. Əsasən "Patriot" sistemlərinin sursatları kritik saydadır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:44 / 24.09.2026
Zelenski: “Ukraynaya raketləri yalnız həmin ölkənin prezidenti verir, başqa heç kim”
Hazırda oxunan: Zelenski: “Ukraynaya raketləri yalnız həmin ölkənin prezidenti verir, başqa heç kim”
Hazırda oxunan: Zelenski: “Ukraynaya raketləri yalnız həmin ölkənin prezidenti verir, başqa heç kim”
638443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































