"Eurovision" Mahnı Müsabiqəsini boykot etmiş bir ölkə 2027-ci ildə şouya geri dönür.
Bizim.Media xəbər verir ki, söhbət Niderlanddan gedir. Məlumdur ki, bu il yerli ictimai yayımçı AVROTROS İsrailin iştirakı səbəbindən müsabiqəyə təmsilçi göndərməkdən imtina etmişdi.
Lakin "NU.nl" nəşrinin məlumatına görə, Niderland yenidən iştirakçılar sırasında yer alacaq.
"Yaxın Şərqdəki geosiyasi gərginliklər 'Eurovision' Mahnı Müsabiqəsinə həddindən artıq böyük təsir göstərir və ciddi fikir ayrılığına səbəb olub. Biz başa düşürük ki, mahnı müsabiqəsində iştirak Niderlandda qarışıq hisslər doğurur. Biz Avropa Yayım İttifaqından (EBU) geosiyasi qarışıqlıq, müharibə və qütbləşmə dövrünü nəzərə alaraq, festivalın birləşdirici xarakterini tədbirin əsas hissəsinə çevirməyi açıq şəkildə xahiş etmişik", - deyə təşkilatçılar qeyd ediblər.
Yeri gəlmişkən, Niderlandın müsabiqədə sonuncu iştirakı 2025-ci ildə olub. Həmin vaxt ölkəni "C'est La Vie" mahnısı ilə müğənni Klod (Claude) təmsil edib və 12-ci yeri tutub.
Bununla belə, məlumdur ki, şounun tarixi ərzində ölkə beş dəfə qalib gələrək əsas mükafatı – "Kristal Mikrofon"u qazanıb. 2027-ci ildə Niderlandı kimin təmsil edəcəyi hələ məlum deyil.
Xatırladaq ki, "Eurovision 2027"yə ev sahibliyi edəcək şəhər daha əvvəl elan edilmişdi.
Bizim.Media


































































































