Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşdü – FOTO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşdü – FOTO

Hazırda oxunan: Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşdü – FOTO

638451

Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrini, eləcə də Naxçıvan Hərbi Kollecini ziyarət edib.

Bizim.Media xəbər verir ki, hərbi qulluqçulara Vətən müharibəsində və Antiterror əməliyyatında Silahlı Qüvvələrimizin və xalqımızın bir yumruq kimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşməsindən və Dövlət Suverenliyimizin tam bərpa olunmasından danışılıb.

 

Görüş zamanı hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.

 

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.












 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO