Dünyada temperaturun daha da yüksələcəyi və bunun yüz minlərlə insanın ölümünə səbəb ola biləcəyi açıqlanıb. Alimlər Sakit okeanda yaranan “El-Ninyo” iqlim hadisəsinin qarşıdakı aylarda havanı daha da istiləşdirəcəyini bildirirlər.
Bizim.Media xəbər verir ki, "Climate İmpact Lab" tərəfindən hazırlanan hesabata görə, güclü “El-Ninyo” hadisəsi 2027-ci ilin fevralına qədər dünyada təxminən 451 min əlavə istidən ölümə səbəb ola bilər.
Qeyd edək ki, bu rəqəm artıq baş vermiş ölümlərin sayı deyil.
Bu, alimlərin temperatur göstəriciləri və əvvəlki illərdə isti hava ilə bağlı ölüm halları əsasında hazırladığı proqnozdur. Hesabata görə, yalnız 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralına qədər olan 6 ay ərzində təxminən 239 min əlavə istidən ölüm qeydə alına bilər. Ən böyük risk isti iqlimə malik ölkələrdə gözlənilir. Proqnoza əsasən, Nigeriyada təxminən 31 400, İndoneziyada 19 300, Sudanda 17 600, Hindistanda 15 700, Braziliyada isə 13 300 əlavə ölüm ola bilər. ABŞ üçün isə bu rəqəm təxminən 3 500 nəfərdir.
Alimlər bildirirlər ki, yaşlı insanlar və isti havada açıq ərazidə işləyən şəxslər daha çox risk altındadır.
“El-Ninyo”nun təsiri yalnız havanın temperaturunun artması ilə məhdudlaşmır. Bu hadisə dünyada yağışların paylanmasına da təsir göstərəcək. Bəzi ölkələrdə quraqlıq və meşə yanğınları artacaq, digər bölgələrdə isə güclü yağış və daşqınlar baş verəcək. Mütəxəssislər bildirirlər ki, bu hadisələr nəticəsində yarana biləcək ölümlər 451 minlik proqnoza daxil edilməyib. Yəni həmin rəqəm yalnız yüksək temperaturla əlaqəli əlavə ölümləri əhatə edir.
Hesabatda “El-Ninyo”nun gücünün əvvəlki güclü hadisələrlə müqayisədə daha yüksək ola biləcəyi qeyd olunur.
Araşdırma müəllifləri isti hava ilə bağlı riskləri azaltmaq üçün əvvəlcədən xəbərdarlıq sistemlərinin, sərinləmə məntəqələrinin və xüsusilə açıq havada işləyən insanlar üçün qoruyucu tədbirlərin vacibliyini vurğulayırlar.
Qeyd edək ki, “El-Ninyo” Sakit okeanın ekvator yaxınlığında yerləşən hissəsində dəniz suyunun qeyri-adi şəkildə isinməsi ilə yaranan təbii iqlim hadisəsidir.
Bu istiləşmə dünyanın müxtəlif bölgələrində havanın temperaturuna, yağışlara və küləklərə təsir edir. Nəticədə bəzi yerlərdə havalar daha isti və quraq, digər bölgələrdə isə yağışlı keçə bilər. “El-Ninyo” adətən bir neçə aydan bir neçə ilə qədər davam edən dövrlərlə baş verir. (yenisabah.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:11 / 24.09.2026
Alimlər həyəcan təbili çaldı - Dünyanı gözləyən böyük təhlükə
Hazırda oxunan: Alimlər həyəcan təbili çaldı - Dünyanı gözləyən böyük təhlükə
Hazırda oxunan: Alimlər həyəcan təbili çaldı - Dünyanı gözləyən böyük təhlükə
638483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































