Moskvadan İrəvana sərt TƏLƏB: Baş nazir müavini vəzifəsinə bizim adam təyin edilsin!

Moskvadan İrəvana sərt TƏLƏB: Baş nazir müavini vəzifəsinə bizim adam təyin edilsin!

Hazırda oxunan: Moskvadan İrəvana sərt TƏLƏB: Baş nazir müavini vəzifəsinə bizim adam təyin edilsin!

638459

Rusiya noyabrın 1-dən etibarən Ermənistana qaz təchizatını dayandıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Mənbə qeyd edir ki, söhbət qazın qiymətinin artırılmasından deyil, təchizatın tamamilə dayandırılmasından gedir.

Eyni zamanda, Moskva İrəvan qarşısında bir sıra siyasi tələblər də irəli sürüb.
 

Bu tələblərə Rusiya hərbi bazası ilə bağlı məsələlərdən imtina edilməsi, Rusiya kapitalı olan şirkətlərə təzyiqlərin dayandırılması, Aİ-yə üzvlük məsələsində mövqeyə yenidən baxılması və Rusiyaya meyilli siyasi və ictimai xadimlərin təqib edilməsinə son qoyulması daxildir.


Nəşr həmçinin vurğulayır ki, Rusiya tərəfi Ermənistan hökumətində Moskva üçün məqbul olan bir şəxsin Baş nazir müavini vəzifəsinə təyin edilməsini təklif edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO