Kiyevə raket zərbəsi: 2 ölü, 8 yaralı var - FOTO - VİDEO

Kiyevə raket zərbəsi: 2 ölü, 8 yaralı var - FOTO - VİDEO

Hazırda oxunan: Kiyevə raket zərbəsi: 2 ölü, 8 yaralı var - FOTO - VİDEO

638430

Rusiya qüvvələrinin Kiyevə endirdiyi güclü raket zərbəsi nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, hücum zamanı Kursk, Bryansk və Voronej vilayətlərindən ballistik və hipersəs raketləri buraxılıb. Paytaxtın bir neçə rayonunda raketlərin düşməsi və qalıqların səpələnməsi qeydə alınıb.
 

Podolsk rayonunda raket qalıqlarının düşməsi nəticəsində doğum evinin pəncərələrinə və fasadının bir hissəsinə ziyan dəyib. İlkin məlumatlara görə, tibb müəssisəsinin daxilində xəsarət alan olmayıb, lakin yaxınlıqdakı avtobus dayanacağında bir nəfər həlak olub.


Dneprovsk rayonunda raket qalıqları 16 mərtəbəli yaşayış binasının və fərdi evlərin həyətinə, həmçinin inzibati binanın üzərinə düşüb. Darniç rayonunda isə raket qalığı avtomobil yoluna düşüb. Son məlumatlara əsasən, yaralılardan dördü xəstəxanaya yerləşdirilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO