Xəzərdə təlimlər zamanı 9 qazaxıstanlı hərbçi həlak oldu

Xəzərdə təlimlər zamanı 9 qazaxıstanlı hərbçi həlak oldu

Hazırda oxunan: Xəzərdə təlimlər zamanı 9 qazaxıstanlı hərbçi həlak oldu
638503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı 9 hərbçi həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, 19 hərbi qulluqçu təlimlər zamanı dənizə aparılıb, onlardan doqquzu həlak olub.

Qazaxıstan Baş Prokurorluğunda fakt üzrə istintaq qrupu yaradılıb.

Hadisənin bütün hallarını hərtərəfli, tam və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılır. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İstintaqın gedişatı xüsusi nəzarət altındadır.

Qeyd edək ki, 24 sentyabr  Xəzərdə “Xəzər qorğanı – 2026” təliminin keçirilirdi. Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilindəki Manqistau bölgəsində keçirilən hərbi dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən dəniz dalğalarının 19 hərbçini apardığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO