Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: Bu qış sizi... – VİDEO

Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: Bu qış sizi... – VİDEO

Hazırda oxunan: Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: Bu qış sizi... – VİDEO

638414

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı rəsmi Moskvaya xəbərdarlıq edib.

Bizim.Media  "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna lideri kürsüdə çıxışı zamanı bildirib ki, əgər tərəflər soyuqlar düşməzdən əvvəl enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə edə bilməsələr, Ukrayna Rusiyaya cavab zərbələri endirəcək və qarşıdan gələn qış Rusiya üçün daha çətin keçəcək.

"Ukraynalılar bu qışın bizim üçün çox sərt keçə biləcəyini anlayırlar. Lakin buna cavab olaraq, bizim də bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz qalmayacaq. Məhz buna görə də biz qışdan əvvəl gərginliyin azaldılması istiqamətində addımların atılmasının vacibliyini deyirik", — deyə Zelenski vurğulayıb.

Ukrayna, həmçinin müttəfiqləri Rusiyanın elektrik və istilik obyektlərinə yenidən zərbələr endirəcəyindən ehtiyat edərək, qışdan əvvəl enerji infrastrukturu və Qara dənizdə gəmiçiliklə bağlı məhdud razılaşma əldə etməyə çalışır. Rəsmi Moskva isə müharibəni bitirmək üçün daha geniş danışıqlara hələ maraq göstərmir.

Rusiyanın müharibə boyu istifadə etdiyi daha böyük raket arsenalına sahib olmasına baxmayaraq, Ukrayna da Rusiyanın anbarlarına, liman infrastrukturuna və neft emalı zavodlarına cavab zərbələri endirmək üçün minlərlə uzaqmənzilli dronlar hazırlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO