Nazir Formula 1 trekində kütləvi qaçışda iştirak etdi – FOTO

Nazir Formula 1 trekində kütləvi qaçışda iştirak etdi – FOTO

Hazırda oxunan: Nazir Formula 1 trekində kütləvi qaçışda iştirak etdi – FOTO

638447

Sentyabrın 23-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində “BCC F1 Weekend Run” qaçışı keçirilib.

Bakı Şəhər Halqasından Bizim.Media-ya verilən məlumata görə, tədbirdə təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib.

Qaçışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Saat 22:00-da başlayan qaçış zamanı iştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.

“BCC F1 Weekend Run” sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Tədbirdə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.
 

Qaçış Qran-pri həftəsinin tədbirlərindən biri olaraq iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.


Qeyd edək ki, bu gün start götürən Formula 1 Azərbaycan Qran-prisi sentyabrın 26-dək davam edəcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO