Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?

Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?

Hazırda oxunan: Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?
638495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da onlarla şəxs “Ozempic”, “Wegovy” və “Mounjaro” kimi məşhur arıqlama dərmanlarını istehsal edən şirkətləri məhkəməyə verib.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, şikayətçilər bu şirkətlərin istehsal etdiyi məhsulların görmə qabiliyyətinin daimi itirilməsinə səbəb ola bilən nadir xəstəliyə yol açdığını iddia edirlər. 

İddialarda dərmanların arteritik olmayan işemik optik neyropatiyaya (NAION) səbəb olduğu irəli sürülür. Bu göz xəstəliyi isə adekvat qan axınının qarşısını alır və görmə sinirini zədələyir ki, bu da nəticədə daimi görmə itkisinə gətirib çıxara bilər. 

Pensilvaniyalı bir qadın isə şəkərə qarşı dərman qəbul etdikdən sonra görmə qabiliyyətinin zəiflədiyini iddia edib. Bundan iki həftə sonra ona NAION diaqnozu qoyulub.

Alimlər bu xəstəlik ilə arıqlama dərmanları arasındakı mümkün əlaqəni illərdir araşdırsalar da, əldə edilən nəticələr hələlik birmənalı deyil.

Bununla belə, bu məhkəmə işlərinin və sözügedən sağlamlıq riskinin yaxın 10 ildə illik satışlarının təxminən 100 milyard dollara çatacağı gözlənilən bu sənaye sahəsi üçün ciddi problem yarada bilər.

“Wegovy” və “Ozempic”in istehsalçısı olan “Novo Nordisk” şirkəti bu iddiaların əsassız olduğunu və şirkətin buna qətiyyətlə etiraz etdiyini bildirib. “Zepbound” preparatını istehsal edən “Eli Lilly” şirkəti isə potensial sağlamlıq riskləri ilə bağlı məlumatları nəzərdən keçirdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO