Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışında paytaxta gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
Bakı Şəhər Halqasından Bizim.Media-ya verilən məlumata görə, bu, Formula 1 yarışının Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir.
Ötən il Azərbaycan Qran-Prisini izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. Bu il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
Beləliklə, 10-cu Azərbaycan Qran-Prisi rekord sayda xarici qonağı Bakıya gətirməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.
Bizim.Media































































































