Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir – VİDEO

Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir – VİDEO

Hazırda oxunan: Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir – VİDEO

638423

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir.

Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilər müəyyənləşdirilir, həm də layihənin təsirinə düşən tikililərlə bağlı iş aparılır.

Dəmiryolu xəttinin keçəcəyi ərazidəki sakinlərlə görüş keçirilib və onlara kompensasiya ödənilidikdən sonra söküntüyə qərar verilib.

Ərazidəki köhnə Maştağa stansiyasının binası da diqqət mərkəzindədir.

Zabrat-Maştağa-Bağlar xətti dövlət proqramına əsasən, paytaxtın əsas layihələrindən biri hesab edilir.

Bütün bu layihələrin istifadəyə verilməsi ilə paytaxtda sərnişin yükünün və yollarda tıxacın azalması gözlənilir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO