"Avtovağzal" və "Xocəsən" metro stansiyalarına girişin ödənişsiz olması ilə sərnişinlərin bu istiqamətlərə marağının artması gözlənilir.
Lakin "Xocəsən" metro stansiyası girişinə sərnişin daşıyan bəzi marşrutlarda hələ də kiçiktutumlu avtobuslardan istifadə olunur. Eyni zamanda, bu avtobusların hərəkət intervalı 15-20 dəqiqə təşkil edir. Bu isə sərnişin tələbatının artacağı halda həmin marşrutların mövcud tutumunun kifayət edib-etməyəcəyi sualını yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, sözügedən marşrut xəttində yol şəraitinə və sərnişin tələbatına uyğun olaraq kiçiktutumlu avtobuslar fəaliyyət göstərir.
Qurumun məlumatına görə, marşrut xətti üzrə avtobusların sayı da sərnişin tələbatına uyğundur. Zərurət yaranacağı təqdirdə avtobusların sayının artırılacağı qeyd olunub.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 24.09.2026
Ödənişsiz metro stansiyalarına SƏRNİŞİN AXINI – Yeni avtobuslar xəttə buraxılacaq?
Hazırda oxunan: Ödənişsiz metro stansiyalarına SƏRNİŞİN AXINI – Yeni avtobuslar xəttə buraxılacaq?
Hazırda oxunan: Ödənişsiz metro stansiyalarına SƏRNİŞİN AXINI – Yeni avtobuslar xəttə buraxılacaq?
638466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































