Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatı bu gün bitir.
Bizim.Medla xəbər verir ki, valideynlər övladlarını “mygov” platforması vasitəsilə 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, proses 14 sentyabr saat 15:00-dan başlayıb.
Bu özəl bağçalar üzrə aylıq ödənişin 70 faizə qədəri dövlət tərəfindən qarşılanır. Bakı şəhəri üzrə aylıq ödənişin 350, regionlar üzrə isə 250 manatı dövlət tərəfindən ödənilir.
Xatırladaq ki, bu il valideyn-dövlət-özəl tərəfdaşlığı ilə özəl bağçalara 10 min uşaq qəbulu nəzərdə tutulub.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:11 / 24.09.2026
Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başa çatır
Hazırda oxunan: Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başa çatır
Hazırda oxunan: Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başa çatır
638453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































