Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan dialoq formatının yaradılması müzakirə edildi

Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan dialoq formatının yaradılması müzakirə edildi

Hazırda oxunan: Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan dialoq formatının yaradılması müzakirə edildi
77042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tbilisidə rəsmi səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Gürcüstanın Baş nazir İrakli Qaribaşvili ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, hökumət administrasiyasında keçirilən görüşdə Ermənistan və Gürcüstan arasında ikitərəfli münasibətlər, eləcə də dünyada və regionda təhlükəsizlik məsələləri müzakirə edilib. 

Vurğulanıb ki, tərəflər Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında dialoq formatının yaradılmasını və qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutan “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü”nü müzakirə ediblər. 
Məlumatda qeyd olunub ki, Baş nazir İrakli Qaribaşvili ölkəsinin hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq və birgə yaşayışın tərəfdarı olduğunu və regional dialoqa yardım etməyə hazır olduğunu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO