Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO

Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO

Hazırda oxunan: Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO
628153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
 

Məlumata görə, avadanlıq ukraynalı dəmiryolçuların işinə dəstək olmaq və kritik infrastrukturun fəaliyyətini təmin etmək məqsədilə Energetika Nazirliyinin enerji habı vasitəsilə dəmir yolunun regional bölmələrindən birinə çatdırılıb.


"Demək olar ki, hər gün hab vasitəsilə Ukraynanın müxtəlif regionlarına yeni avadanlıq göndərilir. O, Rusiyanın daimi hücum təhlükəsi şəraitində həm enerji sektorunun, həm də digər kritik infrastruktur obyektlərinin fasiləsiz işini təmin etməyə kömək edir", - məlumatda bildirilib.

Nazirlik Ukraynaya göstərdiyi dəstəyə və kritik infrastrukturun möhkəmləndirilməsindəki yardımına görə Azərbaycana minnətdarlığını bildirib.

Azərbaycandan


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO