Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Hazırda oxunan: Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq
627700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kolumbiyanın yeni seçilən Prezidenti Abelardo de la Espriella ölkəsinin 14 ölkədəki səfirliyinin bağlanacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, o bu barədə məlumatı “X” hesabında paylaşdığı videomüraciətdə açıqlayıb.

Sözügedən ölkələr arasında Azərbaycan da var.
 

Onun sözlərinə görə, avqustun 7-də işə başlayacaq yeni prezident administrasiyası diplomatik şəbəkənin yenidən qurulmasının bir hissəsi olaraq Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərin fəaliyyətini dayandıracaq.


Yeni prezident həmçinin Kolumbiyanın Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini vəd edib.

Qeyd edək ki, 47 yaşlı Abelardo de la Espriella iyunda keçirilən seçkilərin ikinci turunda qalib gələrək Kolumbiya prezidenti seçilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO