20 Yanvar faciəsinin müəllifi Qorbaçov: “Əminəm ki, biz düzgün siyasi xətdəydik”

Hazırda oxunan: 20 Yanvar faciəsinin müəllifi Qorbaçov: “Əminəm ki, biz düzgün siyasi xətdəydik”

31154

“1988-ci ildə Dağlıq Qarabağ problemi qabardı. Konfliktin kökləri qədimdir və indi olduğu kimi o vaxt da sadə həll yolu yox idi. Düşünürdüm ki, Dağlıq Qarabağın status məsələsi azərbaycanlılarla ermənilərin öz işidir. İttifaq mərkəzinin rolu isə vəziyyətin normallaşdırılmasına nail olmaq idi. Əminəm ki, biz düzgün siyasi xətdəydik”.

Bizim.Media xəbər verir ki, bu sözləri SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov “globalaffairs.ru”dakı yazısında qeyd edib. Onun Qarabağla bağlı fikirlərinə Prezident İlham Əliyevin “Dağlıq Qarabağ adında ərazisi vahidi yoxdur” ifadəsi tarixin ədalətli cavabıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Partiya sədri: “SSRİ-nin törətdiyi cinayətə görə təkcə Qorbaçov hədəf seçilməməlidir”


Yəqin əli qana batmış Mixail Qorbaçov “konfliktin tarixi qədimdir” deyəndə Sovet İttifaqının qəsdən yaratdığı münaqişə ocağından, Azərbaycan torpaqlarının terror xidmətlərinə görə ermənilərə verilməsini nəzərdə tutur. 20 yanvar faciəsinin müəllifi fikrinin ardında yazır:

“Nə partiya strukturları, nə də ziyalılar iki respublika arasında dialoqa nail ola bilmədilər. Ekstremistlər ön plana çıxdılar. 1988-ci il fevralın sonunda Sumqayıt şəhərində qan töküldü və bunun qarşısını almaq üçün ordunu işə salmalı olduq”.

Qorbaçov “dialoqa nail ola bilmədilər” rəyi ilə əslində “dialioqa imkan vermədik” demək istəyib. Xatırladaq ki, Sumqayıt hadisələrindən iki gün əvvəl ermənilər Xankəndində Sumqayıtdakı “erməni qırğını”na aid abidə ucaldıblar.

Bu isə onların bu hadisələri sovet hökuməti ilə əvvəlcədən planlaşdırdıqlarının isbatıdır. Digər tərəfdən ölən ermənilərin çoxunun SSRİ hərbçiləri tərəfindən qətlə yetirildiyi barədə versiyalar da mövcuddur. Vəziyyət nəzarətə götürüləndən sonra təşkilatçı kimi saxlanılan Əhməd Əhmədovun qapalı məhkəməsi keçirilib və o, güllələnib.

1988-ci il oktyabr və noyabr aylarında aparılan məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Aslan İsmayılov ölən 26 ermənidən azı 6-nı qətlə yetirən Eduard Qriqoryana ömürlük həbs istəsə də, bu tələb rədd edilib. Daha əvvəl iki dəfə həbs olunan Eduarda 12 il həbs verilsə də, 1-2 ildən sonra azadlığa buraxılıb.

Meclumyan kimi erməni şahidlər hadisəni ermənilərin törətdiyini desələr də, bolşevik-danak birliyi istəyinə çatdı. 

P.S. 1990-cı ilin 20 yanvarında Bakıda günahsız insanların qətlinə əmr verən Qorbaçovun Nobel Sülh Mükafatına layiq görüldüyü dünyada yaşayırıq.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO