Putin:

Putin: "Ermənistanın özü Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb" - VİDEO

Hazırda oxunan: Putin: "Ermənistanın özü Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb" - VİDEO

154796

“Biz Azərbaycanla danışıqlar aparmağı təklif etdik ki, iki rayon Kəlbəcər və Laçın, bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın, lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, biz onilliklər ərzində Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. "Nə edəcəksiniz?" deyə soruşduqda “Döyüşəcəyik” cavabını verdilər".

Bizim.Media xəbər verir ki, bu fikirləri Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin səsləndirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

"Qarabağın statusunu İrəvan özü müəyyən edib", deyə Rusiya prezidenti qeyd edib.

Putin Paşinyanla daim əlaqə saxladığını və bu yaxınlarda ondan ətraflı məktub aldığını da bildirib: "Ermənistan və Paşinyanla heç bir problem yoxdur”.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO