Nazir müavini: “Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar”

Nazir müavini: “Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar”

Hazırda oxunan: Nazir müavini: “Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar”
127735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bildiyiniz kimi, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsi və 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün fürsət yaranıb”. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, işğal dövründə həmin ərazilərdə şəhər və kəndlərimiz, o cümlədən xalqımızın milli mədəni-tarixi irsi kütləvi şəkildə dağıdılıb. Həmçinin həmin dövrdə ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıb, onları erməni məbədi kimi təqdim etməyə cəhd ediblər. 
Xələf Xələfov qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonunun Mehmana kəndində təxminən 200 il əvvəl yunanlar məskunlaşıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO