Tanınmış aparıcının bağ evinə basqın edildi – Saxlanılan var – Video

Tanınmış aparıcının bağ evinə basqın edildi – Saxlanılan var – Video

Hazırda oxunan: Tanınmış aparıcının bağ evinə basqın edildi – Saxlanılan var – Video
649937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edilib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.

“Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər tərəfindən basqın edilib.

Hadisə zamanı evdən 3 mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.

Avtomobillərdən dördünün dövlət qeydiyyat nişanları 99-ME-007, 90-YA-094, 10-CE-025, 90-NS-727-dir.

Hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edirəm”, - o paylaşımında bildirib.

Qeyd edək ki, aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.

Bizim.Media-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO