İran Azərbaycandan üzr istəməlidir - Nobel mükafatı laureatı

İran Azərbaycandan üzr istəməlidir - Nobel mükafatı laureatı

Hazırda oxunan: İran Azərbaycandan üzr istəməlidir - Nobel mükafatı laureatı
124578
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İran rejimi anormal bir rejimdir”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” adlı panelə videomüraciətində Nobel mükafatı laureatı Şirin Ebadi bildirib.

Şirin Ebadi deyib ki, İranın Suriya və İraqa müdaxiləsi Tehranın bu ölkələrin sabitliyini pozduğunu göstərir.

“Ancaq İran rejiminin bu addımları xalq tərəfindən dəstəklənmir. Xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır. 2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik. Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə də İran üzr istəməlidir. İranda demokratiyanın olması vacibdir və biz sonda öz məqsədlərimizə nail olacağıq”, - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO