Əli Əsədov Çin rəsmisi ilə görüşdü

Əli Əsədov Çin rəsmisi ilə görüşdü

Hazırda oxunan: Əli Əsədov Çin rəsmisi ilə görüşdü
124437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olunub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bildirilib. 

Azərbaycan-Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq xarakteri daşıdığı diqqətə çatdırılıb. İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, nəqliyyat-logistika, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib. 
Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə olunmuş məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Söhbət zamanı Şərq-Qərb, Orta dəhliz, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. 

Görüşdə Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO