Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Hazırda oxunan: Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

639666

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra tədarük müqavilələri və anlaşma memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib.

Onun sözlərinə görə, iki ölkənin müdafiə imkanlarını gücləndirəcək müqavilələr aşağıdakılardır:

TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin tədarükünə dair müqavilə;

ASELSAN ilə ALP-100 radarının tədarükünə dair anlaşma memorandumu;

BAYKAR ilə “Mızrak” ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə;

BAYKAR ilə “Antidot” sisteminin tədarükünə dair müqavilə;

ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə.

Haluk Görgün qeyd edib ki, müqavilələrin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür.

“Bu müqavilələrin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıram”, - deyə o əlavə edib.(apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO