Diş çəkdirməyə gedən qadın FACİƏ yaşadı – Çənəsi SINDIRILDI - FOTO

Diş çəkdirməyə gedən qadın FACİƏ yaşadı – Çənəsi SINDIRILDI - FOTO

Hazırda oxunan: Diş çəkdirməyə gedən qadın FACİƏ yaşadı – Çənəsi SINDIRILDI - FOTO

638871

Moskvalı qadınının ağıl dişinin çıxarılması zamanı təsadüfən çənəsi sındırılıb.

Bizim.Media rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskva şəhərində yerləşən stomotoloji mərkəzlərdən birində qeydə alınıb. Elena adlı xanım çətin vəziyyətdə olan ağıl dişini çəkdirmək üçün stomatoloqa müraciət edib. Diş demək olar ki, sümüyün üzərində yerləşirmiş.

Prosedurdan əvvəl ona KT müayinəsi edilib. Dişin çəkilməsinə təxminən 30 dəqiqə qalmış qəfil bir səs eşidilib və kəskin ağrı yaranıb. Stomatoloq dişin sındığını düşünüb və onu çıxarıb, lakin məlum olub ki, diş bütöv imiş.
 

Bundan sonra qıza daha bir rentgen müayinəsi edilib və çənəsinin sındığı aşkarlanıb. O, stomatoloq və onun assistenti ilə birlikdə üz-çənə cərrahiyyəsi şöbəsinə gedib və burada sınıq təsdiqlənib.


Xəstəxanada onun çənəsinə səkkiz ştift yerləşdirilib və çənəsi məftillə sabitlənib. Bu konstruksiyaya görə qız ağzını demək olar ki, aça və normal danışa bilmir. Buna görə bütün bu müddət ərzində yalnız duru qidalar — püre, şorbalar və digər yeməkləri borucuq vasitəsilə qəbul edir.

Xəsarət səbəbindən moskvalı qadın təxminən bir ay işdən uzaq qalmalı olub. Həkimlər konstruksiyanı çıxara və ştiftləri yalnız oktyabrın əvvəlində götürə biləcəklər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO