Türkiyə Bazərqan–Gürbulaq keçid məntəqəsini iranlılar üçün bağlayıb? - VİDEO

Türkiyə Bazərqan–Gürbulaq keçid məntəqəsini iranlılar üçün bağlayıb? - VİDEO

Hazırda oxunan: Türkiyə Bazərqan–Gürbulaq keçid məntəqəsini iranlılar üçün bağlayıb? - VİDEO

636147

Sosial şəbəkələrdə Türkiyə-İran sərhədində - Bazərqan–Gürbulaq buraxılış məntəqəsi ərazisində problemlərin yaranması ilə bağlı video və məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Videoların müəllifləri iddia edirlər ki, sərhəd-keçid məntəqəsində Türkiyə ərazisinə daxil ola bilməyən 200-300-ə yaxın avtomobil sıxlığı yaranıb.

Həmçinin Türkiyə tərəfinin guya İran vətəndaşlarının ölkəyə girişini müvəqqəti məhdudlaşdırdığı iddia edilir. Bu səbəbdən iki ölkə arasında quru əlaqəsi pozulub.

Hələlik Türkiyə və İran hakimiyyət orqanları tərəfindən bu məlumatın rəsmi təsdiqi yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO