Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

Hazırda oxunan: Köçəryanın oğlu həbs olundu

633084

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib.

Bizim.Media News.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlayıb.

Onun sözlərinə görə, Sedrak Köçəryanın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.

Qeyd edək ki, dünən səhər saatlarında Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Daha sonra səhhəti pisləşdiyinə görə xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO