Qarsda Vətən Müharibəsi şəhidləri ANILDI - FOTO

Hazırda oxunan: Qarsda Vətən Müharibəsi şəhidləri ANILDI - FOTO

39137

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Iğdır Azərbaycan Evi Dərnəyi və Qars Azərbaycan Konsulluğunda 27 Sentyabrda Azərbaycan Şəhidlərinin əziz xatirəsi anılıb. 

Bizim.Media xəbər verir ki, tədbirdə Iğdır valisi H. Engin Sarıibrahim, digər rəsmi şəxslər və vətəndaşlar iştirak ediblər.

Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, çıxışında 44 gün davam edən vətən müharibəmizdən bəhs edib:  
 

MÖVZU İLƏ BAĞLI:

Madriddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO


"Dost və qardaş ölkə Azərbaycanın bütövlüyü üçün canlarını fəda edən 2907 qəhrəman şəhidlərin xatirəsi ürəyimizdə daim yaşayır. Bu gün bütün Türk dünyası üçün həm qürur, həm də kədər günüdür.

Azərbaycanda 30 ildir işğal olunmuş torpaqların erməni zülmündən azad olunduğu gündür. Türk millətinin gücü sübut edildiyi, Türk-Azərbaycan qardaşlığı gücləndirildi və Turan ordusunun qurulduğu dünyaya elan edildi.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan ordusu ermənistana unutmayacağı dərsi verdi. Eyni zamanda prezidentlərimiz İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan dünyaya əsil gücün necə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan ordusunun böyük qələbəsi həmdə Türk millətinin şücaətini dosta və düşmənə aydın sübutu idi".
 

Azərbaycanın  Qarsdakı Baş Konsulluğunun İğdır nümayəndəsi Elnur Salayev də öz çıxışında 44 günlük müharibədə qazanılan qələbədən danışıb. 


O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə Azərbaycanın yanındadır.

Tədbir Türkiyə və Azərbaycan himninin sədaları altında bir dəqiqəlik sükutla başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO