Madriddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Madriddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO

39023

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən Madriddə Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın İspaniyadakı səfirliyinin inzibati binasının qarşısında Ermənistanın törətdiyi növbəti müharibə cinayətlərinin fəsadlarını əks etdirən fotoşəkillərdən ibarət xatirə guşəsini ziyarət olunub.
 

MÖVZU İLƏ BAĞLI:

London küçələrində Anım günü münasibətilə aksiya - FOTO


Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov bildirib ki, ötən il sentyabrın 27-dən noyabrın 8-dək davam etmiş Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoyulub, ölkəmizin ərazi bütövlüyünün təmin edilib, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini təkbaşına yerinə yetirib.

Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu diqqətə çatdıran səfir B.Akçapar deyib ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, azadlığı azadlığımızdır.
 

Diplomat qeyd edib: “Azad edilmiş ərazilərdə şanlı Azərbaycan bayrağının qürurla dalğalanmasını görmək sevincini bizlərə yaşadan şanlı Azərbaycan Ordusunun şəhid olmuş qəhrəmanlarının əziz xatirəsini yad edir, qazilərimizə minnətdarlığımızı çatdırırıq”.


Anım mərasimi zamanı Türkiyə və Pakistanın İspaniyadakı səfirləri, İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun (FESEI) direktoru Migel Alvares de Eulate, İspaniya İpək Yolu İnstitutunun vitse-prezidenti Enrike Qaspar AZƏRTAC-a müsahibələrində şanlı Azərbaycan Ordusunun Ermənistanın 30 illik təcavüzünə son qoyaraq ərazilərini işğaldan azad etməsi ilə tarixi ədalətin bərqərar olduğunu qeyd ediblər.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO