Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Hazırda oxunan: Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
629995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artmasından sonra kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg“ yazıb.

Bildirilib ki, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır.
 

Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib. Bəzi müraciətlərə isə əlavə baxılması üçün daha çox vaxt tələb olunur.


Beləliklə, Türkiyənin Dardanel boğazından Qara dənizə kommersiya gəmiçiliyinə nəzarəti sərtləşdirdiyi bildirilir.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi və bütün kommersiya gəmilərinə, yoxsa yalnız müəyyən istiqamətlərə şamil olunacağı barədə rəsmi açıqlama verilməyib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO