Bakıda usta ev sahibinin başına belə oyun açdı – VİDEO

Bakıda usta ev sahibinin başına belə oyun açdı – VİDEO

Hazırda oxunan: Bakıda usta ev sahibinin başına belə oyun açdı – VİDEO
267759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu, Novxanı kəndində ev təmir etmək üçün gələn usta həmin mənzilin sahibinin pulunu və bank kartını ələ keçirib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə yaşlı ana və atası ilə yaşayan Novxanı sakini Esmira Abdullayevanın başına gəlib.

O, avqust ayının ortaları Novxanı kəndində yerləşən evini təmir etmək üçün usta çağırıb.

Vətəndaş iddia edir ki, Ramil adlı şəxs evdə 2 gün işlədikdən sonra inşaat materialları almaq üçün ev yiyəsindən 700 manat pul alıb sonra isə yoxa çıxıb. Zərərçəkənin iddiasına görə, usta evdən çıxarkən masanın üzərində olan bank kartını da oğurlayıb.

Zərərçəkən ustanın soyadı, dəqiq ünvanı haqqında məlumata sahib deyil. Onun əlində sadəcə həmin şəxsin yaxınlıqda yerləşən kafelərdən birinin kameralarına düşmüş görüntüləri var.

Esmira Abdullayeva Ramil adlı şəxsin tapılması üçün polisə müraciət edib. DİN-in mətbuat xidmətindən hadisə ilə bağlı bildirildi ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO