
- A-
- A
- A+
Nazir ona sərt xəbərdarlıq edən əsgəri mükafatlandırdı - Video
ABŞ-nin müdafiə naziri Pit Heqset Arlinqton Milli Qəbiristanlığında xidmət qaydalarına riayət olunmasını tələb edən əsgər Tomas İqlesiasa təşəkkürünü mükafatla ifadə edib.
Bizim.Media xəbər verir ki, hadisə Veteranlar Günü münasibətilə ABŞ rəsmilərinin Arlinqton Milli Qəbiristanlığında yerləşən “Naməlum əsgər” məzarını ziyarəti zamanı yaşanıb.
Belə ki, Pit Heqset həyat yoldaşı və müşavirləri ilə birlikdə abidə önündə foto çəkdirərkən onların olduğu qrupdan gülüş və söhbət səsləri eşidilib.
Bu zaman abidənin mühafizəsini həyata keçirən 3-cü Piyada Alayının hərbçisi Tomas İqlesias yaxınlaşaraq ziyarətçilərə ərazidə davranış qaydalarını xatırladıb. O, hər kəsin bu müqəddəs məkanda sükutu və ehtiramı qorumasının vacibliyini vurğulayıb.
Hadisənin görüntüləri mediada yayıldıqdan sonra Pentaqon əsgərin hərəkətini dəstəkləyərək onun xidməti vəzifəsini layiqincə və hörmətlə yerinə yetirdiyini bildirib.
Daha sonra Pit Heqset İqlesiası və xidmət etdiyi bölmənin digər hərbçilərini Pentaqona dəvət edib. Görüş zamanı əsgərə “Birgə Xidmət Tərif Medalı” təqdim olunub.
Mükafatlandırma mərasimindən fotoları sosial şəbəkə hesabında paylaşan Heqset hərbçinin prinsipial davranışını yüksək qiymətləndirib. O, paylaşımında “Biz əsgərləri sevirik. Biz standartları sevirik. Afərin. Xidmətinizə davam edin, vətənpərvərlər”, – deyə qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































