
- A-
- A
- A+
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə səfər matçından gözləntilərini bölüşüb.
Bizim.Media xəbər verir ki, futbolçu qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın qələbəyə kökləndiyini bildirib.
Həmçinin çıxışının əvvəlində Zəfər Bayramı münasibətilə xalqımızı təbrik edib, şəhidlərə rəhmət, qazilərə şəfa diləyib:
"Bakıdakı oyunda hesab açılmamışdı. Bu dəfə rəqib meydanında qalib gəlmək istəyirik. Komandamıza inanırıq və matça ciddi hazırlaşmışıq. İnanırıq ki, istəyimizi həyata keçirərək xalqımıza qələbə sevinci yaşadacağıq".
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































