Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 % ARTDI

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 % ARTDI

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 % ARTDI
199610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 26 milyard 498,3 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 % çox, ilin əvvəlinə nisbətən 10,5 %, illik müqayisədə isə 24,5 % çoxdur.

Kredit qoyuluşunun 18 milyard 709 milyon manatı və yaxud 70,6 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 449,2 milyon manat təşkil edib.
Bu, illik müqayisədə 52,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,9 %-dən 24,3 %-ə qalxıb.

Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 340,1 milyon manat olub. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 %-dən 5,1 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO