“Turistlər lülə kababdan, şəkərburadan danışır, Azərbaycan bu deyil axı”

“Turistlər lülə kababdan, şəkərburadan danışır, Azərbaycan bu deyil axı”

Hazırda oxunan: “Turistlər lülə kababdan, şəkərburadan danışır, Azərbaycan bu deyil axı”
647548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün mədəniyyətimizi yüksək səviyyədə dünyaya təqdim eləyə bilməmişik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin  “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda bu gün keçirdiyi ctimai  müzakirə zamanı deyib.
 

"Bəzən xarici turistlərin Bakı haqqında danışdıqlarını dinləyirəm. Onlar deyirlər ki, İçərişəhərə getdik, "Briliant əl" filminin çəkildiyi yeri gördük, lüləkabab çox dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı", - deyə o qeyd edib.


Sədr bildirib ki, elə etməliyik ki, gələn turistlər muzeylərimizin növbəsində dayansınlar, konsert salonlarımızı doldursunlar, bizim kitablarımızı oxusunlar.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO