Çindən ilk dəfə Azərbaycana birbaşa olaraq avtomobillərlə yük gətirildi - FOTO

Çindən ilk dəfə Azərbaycana birbaşa olaraq avtomobillərlə yük gətirildi - FOTO

Hazırda oxunan: Çindən ilk dəfə Azərbaycana birbaşa olaraq avtomobillərlə yük gətirildi - FOTO
199284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin–Qazaxıstan–Rusiya–Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.

2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib.

Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək, yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.

Çindən ilk dəfə Azərbaycana birbaşa olaraq avtomobillərlə yük gətirildi - FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO